Erməni ekspert: “Müharibədən təxminən 6 il keçib, amma ölənlərin adları hələ də açıqlanmayıb, niyə?”

2026/05/1778912308.jpg
Oxunub: 264     13:17     20 May 2026    
“Müharibədən demək olar ki, 6 il keçib, amma ölənlərin adları hələ də açıqlanmayıb. Niyə? Dövlətin ölmüş əsgərlərinin adlarını dəqiqləşdirmək imkanı yoxdurmu? Əlbəttə ki, var. O halda niyə bu edilmir? Nə gizlədilir? Ölənlərin sayı?”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Hrant Melik-Şahnazaryan yazıb.

“44 günlük müharibədə guya 3900 nəfərin öldüyü (hakimiyyətin açıqladığı rəqəm), yaxud 5000 nəfərin öldüyü (müxalifətin məlumatı) deyil, məsələn, 7000 nəfərin öldüyü məlum olsa, bunun itki ağrısını azaldacağını düşünənlərin hamısı axmaqdır.

Xeyr. Ağrı eyni qalacaq. Bu, bu gün də bir çox soydaşımızı məzara aparan həmin ağrıdır. Demək olar ki, hər həftə hansısa insanın vaxtsız ölüm xəbəri gəlir. Bəs bu insanlar nədən ölür? Onlar müharibə qurbanı deyilmi? Bəs nədirlər? Amma onların adını kim müharibə qurbanları siyahısına daxil edəcək?..”, - deyə o qeyd edib.

Şahnazaryan, həmçinin bildirib: “Bəs 44 günlük müharibədən sonra baş verən hərbi əməliyyatların qurbanları? Nikolun hakimiyyəti onları hansı siyahıya “yerləşdirmək” istəyir? İndi də oturub rəqəm üstündə mübahisə edirlər. Guya 1000 nəfər ölsəydi, ağrı və itkinin miqyası başqa olacaqdı...

Onlar hər şeyi öz ölçüləri ilə ölçür və bizi də həmin ölçünün əsirinə çevirməyə çalışırlar. Belə nadanlara izah etmək mümkün deyil ki, məsələ heç də ölənlərin sayında deyil. Məsələ ondadır ki, biz ərazini itirmişik. Və bunun təsəllisi yoxdur. Nə bir nəfər ölən üçün təsəlli var, nə 1000 nəfər üçün, nə də 10 min nəfər üçün”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahnazaryan   Ermənistan  


Bizi "telegram"da izləyin