Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Sarsılmaz”ın açıqlamasına görə, bununla SAR 109T ABŞ-də fəaliyyət göstərən polis departamentinin inventarına daxil olan ilk Türkyə avtomatı kimi qeydə alınıb.
Şirkət bu addımla dünyanın ən rəqabətli təhlükəsizlik və müdafiə bazarlarından biri hesab edilən ABŞ bazarında mühüm mərhələni geridə qoyub.
Təxminən 150 illik istehsal təcrübəsinə malik şirkətin hazırladığı SAR 109T 9 mm çaplı kompakt AR platforması kimi dizayn edilib. Sistem əməliyyat istifadəsi, təlim və qiymətləndirmə proseslərində istifadə olunmaq üçün polis idarəsinin inventarına daxil edilib.
SAR 109T-yə əlavə olaraq departament SAR9 SOCOM “Compact”, SAR9 “Full Size” və SAR9 “Gen 3 Frontline” seriyalarını da sınaqdan keçirməyə başlayıb.
SAR9 ailəsi əsasında hazırlanan “Frontline” seriyası tritium gecə nişangahları, optik uyğun sürgü quruluşu, genişləndirilmiş daraq yuvası və artırılmış daraq tutumu kimi xüsusiyyətlərlə hüquq-mühafizə orqanlarının ehtiyaclarına uyğun hazırlanıb.
Cənubi Floridanın mühüm mərkəzlərindən olan Doral beynəlxalq nəqliyyat şəbəkələrinə yaxınlığı və yüksək təhlükəsizlik tələbləri ilə diqqət çəkir. Bölgənin diplomatik, ticarət və yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi səbəbindən təhlükəsizlik qurumlarının sürətli müdaxilə və əməliyyat qabiliyyəti ön plana çıxır.
Bu çərçivədə “Sarsılmaz” məhsullarının bölgədə sınaqdan keçirilməsi və istifadəyə qəbul edilməsi şirkətin ABŞ hüquq-mühafizə bazarındakı görünürlüğünü artıran mühüm inkişaf kimi qiymətləndirilir.
“Sarsılmaz”ın İdarə Heyətinin sədri Latif Aral Alış bildirib ki, məhsullarının dünyanın ən mühüm bazarlarında hüquq-mühafizə orqanları tərəfindən seçilməsi yalnız kommersiya uğuru deyil, həm də etibarlılıq, keyfiyyət və əməliyyat performansının sahədəki güclü qarşılığıdır.
O qeyd edib ki, peşəkar istifadəçilərin ehtiyaclarını əsas götürən qabaqcıl sistemlərlə başda ABŞ olmaqla qlobal bazarlardakı mövqelərini daha da gücləndirməyə davam edəcəklər.
SAR 109T kompakt quruluşuna baxmayaraq yüksək modulluq təqdim edən sistem kimi ön plana çıxır. AR erqonomikasını 9 mm sursatın idarəolunanlığı ilə birləşdirən platforma xüsusilə şəhər əməliyyatlarında sürətli uyğunlaşma və tapşırıq çevikliyi təmin etməyi hədəfləyir.
Ani geri təpmə sistemi ilə çalışan və geri təpməsi optimallaşdırılmış bufer quruluşuna malik sistem 9,8 düymlük lüləsi və dörd səthli “Picatinny” kronşteyn sistemi sayəsində müxtəlif aksessuarlarla istifadə oluna bilir.
Optik uyğun quruluşu da müxtəlif tapşırıq konfiqurasiyalarına inteqrasiya imkanı yaradır. Şirkət bu əməkdaşlıq vasitəsilə ABŞ-dəki hüquq-mühafizə orqanları ilə əlaqələrini inkişaf etdirməyi və peşəkar istifadəçilər üçün hazırlanan məhsullarını beynəlxalq bazarlarda daha geniş istifadəyə çıxarmağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az