Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Böyük jüri tərəfindən təsdiqlənməsi gözlənilən mümkün ittiham aktının 1996-cı ildə Kuba tərəfindən “Brothers to the Rescue” humanitar təşkilatına məxsus təyyarələrin vurulması hadisəsinə yönələcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.
2021-ci ildə Raul Kastro rəsmi olaraq Kuba Kommunist Partiyasının rəhbəri vəzifəsindən ayrılıb.
Bununla belə, siyasətçi ölkənin ən nüfuzlu simalarından biri olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az