Ordu.az xəbər verir ki, ABŞ prezidenti bu barədə mayın 15-də Çinə səfərinin yekunları ilə bağlı danışıb.
“Bu, mənim çox hörmət etdiyim insandır, o həqiqətən dostuma çevrilib”, - deyə Tramp bildirib.
O vurğulayıb ki, Si Cinpini təxminən 12 ildir tanıyır və bunu uzun müddət hesab edir.
ABŞ prezidenti həmçinin səfərini yekunlaşdıraraq onu “inanılmaz” adlandırıb.
Tramp həmin gün daha əvvəl Si Cinpinlə keçirdiyi danışıqları da əla qiymətləndirmişdi.
CNN-in məlumatına görə, səfərin bir hissəsi mədəni proqramla müşayiət olunub.
Sevinc Əliyeva
Ordu.az