"ABŞ İranla bağlı bütün məqsədlərinə nail olub" - Admiral

2026/03/1773237227.jpg
Oxunub: 361     10:42     15 May 2026    
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı İranın raket arsenalının 70 faizdən çoxunu qoruyub saxlaması barədə məlumatın etibarsız olduğunu bildirib.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, ABŞ hərbçiləri 40 gündən az davam edən hərbi əməliyyat müddətində İranda qarşıya qoyulan bütün hədəflərə nail olublar, o cümlədən Tehranın Yaxın Şərqdə öz gücünü nümayiş etdirmək imkanlarını əhəmiyyətli dərəcədə zəiflədiblər.

“Bu gün İran artıq kütləvi və genişmiqyaslı hücumlar həyata keçirmək iqtidarında deyil. Üstəlik, müdafiə-sənaye bazasının 90 faizi dağıdıldığı üçün İran uzun illər ərzində özünü bərpa edə bilməyəcək”,-deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bred-Kuper   ABŞ   İran  


Bizi "telegram"da izləyin