ABC: ABŞ-də yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb

2026/05/1778823845.jpg
Oxunub: 372     09:40     15 May 2026    
ABŞ-nin Ohayo ştatının Akron şəhərində yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılıb.

Ordu.az xəbər verir ki, bu barədə ABC telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Təyyarənin qəzaya uğramasından sonra yanğın başlayıb.

Hadisə nəticəsində təyyarədə olan iki nəfər həlak olub. Yerdə isə xəsarət alan olmayıb.

Qəzanın başvermə səbəblərini ABŞ Federal Mülki Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin