Buna baxmayaraq, İsrail elan olunmuş atəşkəsə rəğmən Livan ərazisinə zərbələri davam etdirir ki, bu da atəşkəs rejiminin faktiki pozulmasını göstərir. Ümumilikdə region uzanan eskalasiya vəziyyətində qalır və daha da gərginləşmə riskləri davam edir.
Ordu.az mayın 15-nə keçən gecə Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
ABŞ prezidenti Donald Tramp mayın 14-də “Truth Social” sosial şəbəkəsində bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyatları davam etdirəcək.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper isə qeyd edib ki, İranın müasir pilotsuz uçuş aparatları Yaxın Şərqdə ABŞ hərbi qüvvələri üçün əsas təhlükə olaraq qalır.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Donald Tramp Yaxın Şərqdəki gərginlik səbəbindən artan benzin qiymətlərindən istifadə edərək İranın Vaşinqton üçün sərfəli olmayan razılaşma əldə etməsinə imkan verməyəcək.
Sevinc Əliyeva
Ordu.az