Netanyahu: “İran heç vaxt olmadığı qədər zəif, İsrail isə daha güclüdür”

2026/05/1778436238.jpg
Oxunub: 520     09:21     15 May 2026    
İsrailin baş naziri Benyamin Netanyahu Qüdsün əbədi olaraq İsrailin nəzarəti altında qalacağını və İranla “digər düşmənlərə” qarşı mübarizədə əldə edilən hərbi uğurları yüksək qiymətləndirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Netanyahu bu açıqlamaları Qüds Gününə həsr olunan dövlət tədbiri zamanı səsləndirib.

“İranın terror rejimi heç vaxt olmadığı qədər zəifdir, İsrail dövləti isə heç vaxt olmadığı qədər güclüdür. Biz radikal islamın istənilən təhdidinə qarşı qətiyyətlə mübarizəni davam etdirəcəyik”, - deyə Netanyahu bildirib.

O, həmçinin iddia edib ki, “əgər İsrail 2025-ci ilin iyununda və bu ilin əvvəlində İranın nüvə proqramı və ballistik raket proqramına qarşı hərbi əməliyyatlara başlamasaydı, İran artıq bu gün nüvə bombasına sahib olardı”.

“Düşmənlərimiz istisnasız olaraq hamımızı məhv etməyə çalışırlar. Amma onların başqa bir məqsədi də var: bizi Qüdsdən çıxarmaq. Onların “Biz Qüds yolundayıq” şüarı bizi yəhudi xalqının qəlbindən uzaqlaşdırmaq niyyətini ifadə edir. Biz buna imkan verməyəcəyik. Yalnız İsrailin idarəçiliyi altında olan Qüds bütün dinlər və bütün xalqlar üçün həqiqətən azad şəhərdir”, - deyə o qeyd edib.

Netanyahu İran, eləcə də HƏMAS və “Hizbullah”a qarşı son qarşıdurmalarda əldə olunan uğurlardan da danışıb.

“Bütün cəbhələrdə nümayiş etdirdiyimiz güc və ABŞ-də prezident Tramp administrasiyası ilə indiyədək mövcud olmuş ən sıx ittifaq, bizi sərhədlərimizdən uzaqda məhv etməyə çalışanlara zərbə vurmaq əzmimiz, Qəzza, Livan və Suriyada ətrafımızda yaratdığımız bufer zonalar Yaxın Şərqin simasını dəyişib. Eyni zamanda regionumuzdakı mötədil qüvvələrlə əməkdaşlığı genişləndirəcəyik. Onlar İsrailə yardım əli uzatmağın üstünlüklərini anlayıblar”, - deyə Netanyahu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İran   İsrail  


Bizi "telegram"da izləyin