Merts: “Rusiya danışıqlardan daha çox eskalasiyaya üstünlük verir”

2026/05/1778822161.jpg
Oxunub: 355     09:17     15 May 2026    
“Uzun müddətdən sonra Ukraynaya qarşı Rusiyanın həyata keçirdiyi ən şiddətli hücumlar açıq siqnaldır ki, Moskva danışıqlardan daha çox eskalasiyaya üstünlük verir”.

Ordu.az xəbər verir ki, bu fikirləri Almaniya kansleri Fridrix Merts “X” sosial şəbəkəsində yazıb.

“Biz əvvəlki kimi Ukraynanın yanındayıq. Kiyev və tərəfdaşları əvvəlki kimi ədalətli sülh üzrə danışıqlara hazırdırlar. Rusiya isə müharibəni davam etdirir”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Rusiya  


Bizi "telegram"da izləyin