Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Luiziana ştatından senator Con Kennedinin təklif etdiyi qətnamə səslərin hesablanmadığı səsvermə ilə qəbul olunub və 2026-cı il aralıq seçkilərindən sonra qüvvəyə minəcək.
Qətnamənin qüvvəyə minməsi üçün Nümayəndələr Palatasının təsdiqi və ya prezidentin imzası tələb olunmur.
“Sənəddə qeyd olunur ki, hökumətin fəaliyyətinin dayandırıldığı hər hansı müddətdə Senatın katibi hər bir senator üçün həmin dövr üzrə nəzərdə tutulan ödənişləri saxlamalı və qoruyub saxlamalıdır”, - deyə məlumatda bildirilib.
Eyni zamanda təşəbbüsə əsasən, federal qulluqçular kimi senatorlar da “hökumətin fəaliyyətinin dayandırılması başa çatdıqdan sonra” mümkün qədər qısa müddətdə yığılmış maaşlarını tam həcmdə alacaqlar.
Bu təşəbbüs son 16 ay ərzində federal hökumətin fəaliyyətinin bir neçə dəfə və rekord müddətdə dayandırılmasından sonra qəbul olunub.
Belə ki, Konqres maliyyələşdirmə qanun layihələri ilə bağlı razılığa gələ bilməyib və bu vəziyyət partiyalar arasında uzunmüddətli qarşılıqlı ittihamlarla müşayiət olunub.
Sevinc Əliyeva
Ordu.az