Ərdoğan: "Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir"

2026/04/1775645308.jpg
Oxunub: 276     17:01     14 May 2026    
Xəzər dənizindən keçən və İpək Yolunun müasir analoqu olan Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir.

Ordu.az Akordaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında bəyan edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Qazaxıstan və digər tərəfdaşlarla birlikdə yükdaşımaların genişləndirilməsi üçün marşrutun inkişafını stimullaşdırmağa davam edəcək.

O, həmçinin Aralıq dənizindən Mərkəzi Asiyaya qədər məkanda ölkələr arasında əlaqələri "dildə, düşüncədə və əməldə birlik şüarı altında" yeni səviyyəyə çıxarmaq niyyətini bəyan edib.

Türkiyə lideri tərəflərin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətində olduqlarını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin