Yeni nəsil məskunlaşmış ərazi döyüş maşını AŞKAR II Rumıniyada nümayiş etdirilib

2026/05/Ekran-1778759255.jpg
Oxunub: 544     15:43     14 May 2026    
“TERA Holding” tərkibində fəaliyyət göstərən “BEST GRUP Müdafiə” şirkətinin yeni nəsil məskunlaşmış ərazi döyüş maşını AŞKAR II Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Qara dəniz Müdafiə və Aviasiya Sərgisi BSDA 2026 çərçivəsində nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, “BEST GRUP Müdafiə” şirkəti AŞKAR II-ni beynəlxalq müdafiə tərəfdaşlarının diqqətinə təqdim edib.

BSDA 2026-da sərgilənən AŞKAR II sərginin diqqətçəkən platformalarından biri olub.

“BEST GRUP Müdafiə” şirkətinin müasir təhlükəsizlik ehtiyaclarına yönəlmiş hazırladığı bu vasitə xüsusilə məskunlaşmış ərazi əməliyyatları üçün nəzərdə tutulmuş dizaynı ilə ön plana çıxır.

AŞKAR II şəhər daxilində təhlükəsizlik tapşırıqları, yüksək riskli ərazilərdə şəxsi heyətin daşınması kimi əməliyyatlarda istifadə olunmaq üçün hazırlanıb.

Vasitə çətin tapşırıq şəraitində təhlükəsizlik qüvvələrinə hərəkət qabiliyyəti, qoruma və əməliyyat çevikliyi təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AŞKAR-II   Rumıniya  


Bizi "telegram"da izləyin