Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Hər iki tərəf İranın nüvə silahına sahib olmamalı olduğu fikrində həmrəydir”, - deyə məlumatda bildirilir.
Ağ Evin məlumatına görə, tərəflər həmçinin Hörmüz boğazının enerji daşıyıcılarının fasiləsiz tədarükünü təmin etmək üçün açıq qalmalı olduğu məsələsində də ortaq mövqedədirlər.
Məlumata əsasən, Tramp Si Cinpin ilə yaxşı görüş keçirib və tərəflər iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
Sevinc Əliyeva
Ordu.az