Trampın Çin səfəri zamanı Vens özünü “Evdə tək” filminin qəhrəmanı ilə müqayisə edib

2026/05/1778756066.jpg
Oxunub: 349     14:46     14 May 2026    
ABŞ vitse-prezidenti Cey Di Vens ABŞ Prezidenti Donald Trampın Çində olduğu müddətdə özünü “Evdə tək” film seriyasının baş qəhrəmanı Kevin Makkallister kimi hiss etdiyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə jurnalistlərə danışıb.

“Mən prezidentlə səyahət etmirəm. Belə günlərdə bəzən özümü Makaley Kalkinin canlandırdığı “Evdə tək” filmindəki kimi hiss edirəm. Ağ Evə girirəm və orada heç kim olmur, tam səssizlik hökm sürür və nə baş verdiyini anlamaq üçün mənə vaxt lazım olur”, - deyə Vens bildirib.

Tramp komandasının böyük hissəsi hazırda onunla birlikdə Pekindədir.

ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent, eləcə də ölkənin qabaqcıl texnologiya şirkətlərinin rəhbərləri daxildir.

ABŞ lideri mayın 15-dək Çində qalacaq.

Səfərin məqsədi ticarət-iqtisadi əməkdaşlıq və ikitərəfli gündəliyin digər əsas məsələləri üzrə mövcud fikir ayrılıqlarını yumşaltmaq və aradan qaldırmaq, həmçinin qlobal problemlər üzrə mövqeləri əlaqələndirməkdir. Buraya ABŞ ilə İran arasındakı qarşıdurma da daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin