Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, “Elbit Systems”in törəmə şirkəti “Cyclone” tərəfindən daha əvvəl F-16 Fighting Falcon təyyarələri üçün hazırlanmış gövdə üzərində daşına bilən xüsusi yanacaq çənləri F-35I “Adir” modelinə inteqrasiya ediləcək.
34 milyon dollarlıq müqavilə ilə bağlı nazirlik təyyarənin əməliyyat mənzilini artırmağı, havada yanacaq doldurma asılılığını azaltmağı və uzunmənzilli tapşırıqlarda əməliyyat çevikliyini gücləndirməyi hədəflədiklərini bildirib.
Donald Trampın İranla atəşkəsin “ən zəif anında” və “həyat dəstək sisteminə bağlı” vəziyyətdə olduğunu deməsindən sonra İsrailin bu anlaşmanı imzalaması diqqət çəkib.
Sevinc Əliyeva
Ordu.az