Ordu.az xəbər verir ki, bu çərçivədə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən müxtəlif sayda AKINCI pilotsuz uçuş aparatının yoxlama və qəbul prosesinin tamamlanaraq inventara daxil edildiyi bildirilib.
“Bayraktar” AKINCI pilotsuz uçuş aparatı ilk dəfə 2021-ci il avqustun 29-da Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilmişdi.
İlk mərhələdə təhvil verilən 3 platforma qəbul prosesindən sonra xidmətə başlamışdı. Sonrakı dövrdə isə Türkiyə Silahlı Qüvvələrinə müxtəlif partiyalar şəklində yeni “Bayraktar” AKINCI təhvil verilməyə davam edib.
“Bayraktar” AKINCI yüksək faydalı yük daşıma qabiliyyətinə malik zərbə pilotsuz uçuş aparatı kimi fəaliyyət göstərir. Platforma kəşfiyyat, müşahidə, radioelektron mübarizə və hücum tapşırıqlarını yerinə yetirə bilir.
“Bayraktar” AKINCI 40 min fut xidmət tavanına və 30 min fut əməliyyat hündürlüyünə çata bilir. Platforma 24 saatdan artıq havada qalma müddəti ilə uzunmüddətli tapşırıqlar yerinə yetirir. LOS və BLOS rabitə imkanlarına malik olan sistemin əməliyyat mənzilinin təxminən 6 min kilometr olduğu bildirilir.
Təxminən 6 min kiloqram maksimum qalxma çəkisinə malik platforma 1500 kiloqram faydalı yük daşıya bilir. Sistem tam avtonom uçuş-enmə qabiliyyətinə də malikdir. Platformada EO/IR/LD sistemləri, çoxməqsədli AESA radar, SAR radar və SIGINT faydalı yükləri istifadə oluna bilir.
Bundan əlavə, sistem “hava-yer” və məhdud “hava-hava” raketi nişanalma qabiliyyətinə malik sursatlarla inteqrasiya edilə bilir.
Sevinc Əliyeva
Ordu.az