Ordu.az xəbər verir ki, bununla sistemin ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının bölmələri ilə əməliyyat sınaqları və qiymətləndirmə prosesinə daxil olmasının yolu açılıb.
Sınaqların ABŞ-nin müttəfiq ölkələrindən biri ilə birgə həyata keçiriləcəyi bildirilib.
Təhlükəsizlik icazəsi ABŞ Müharibə Nazirliyinin Xüsusi Əməliyyatlar və Aşağı İntensivlikli Münaqişələr Ofisi tərəfindən maliyyələşdirilən rəqabətli tədqiqat, inkişaf və sınaq müqaviləsi çərçivəsində verilib.
Sistem ABŞ Quru Qoşunlarının Test və Qiymətləndirmə Mərkəzi tərəfindən müstəqil təhlükəsizlik sınaqlarından keçirilib. “CODiAQ” sistemi canlı silahlı istifadə öncəsi ABŞ Müdafiə Nazirliyinin müəyyən etdiyi təhlükəsizlik tələblərinə cavab verib.
“Controller Operated Direct Action Quadruped” ifadəsinin qısaldılmış forması olan “CODiAQ” dördayaqlı robot platforması üzərində qurulmuş silahlı insansız quru platformasıdır. Sistem xüsusilə xüsusi təyinatlı qüvvələrin fəaliyyət göstərdiyi şəhər və yeraltı əməliyyat mühitlərində istifadə üçün nəzərdə tutulub.
Robot platforma modulyar silah yükləri daşıya bilir və insan hərbçilərin göndərilməsinin yüksək risk daşıdığı ərazilərə ölümcül atəş gücü çatdırmağa imkan verir. Müqavilə çərçivəsində 14 “CODiAQ” sistemi və 28 modulyar silah yükünün təqdim ediləcəyi bildirilib.
“Skyborne” ilə imzalanan 6,5 milyon dollarlıq müqaviləyə 24 aylıq texniki xidmət, logistika dəstəyi və ABŞ ilə müttəfiq ölkə personalı üçün təlim proqramları da daxildir.
ABŞ hökumət proqramının rəhbəri Maykl Treksler bildirib ki, “CODiAQ” sistemlərinin canlı atış təlimləri ilə birlikdə 2026-cı ilin oktyabrında taktiki operatorlara təqdim edilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az