CİRİT antidron raketi hava hədəfini tam dəqiqliklə vurub

2026/05/1778747666.jpg
Oxunub: 543     12:29     14 May 2026    
ROKETSAN tərəfindən hazırlanan CİRİT antidron raketi PUSU Silah Sistemi üzərindən həyata keçirilən atış zamanı hava hədəfini uğurla məhv edib.

Ordu.az xəbər verir ki, ROKETSAN-ın sosial media hesabında “Asimmetrik təhdidlərə qarşı çəkindirmə gücü: CİRİT antidron” başlığı ilə yayılan açıqlamada PUSU Silah Sistemindən hava hədəfinə qarşı həyata keçirilən atış zamanı CİRİT antidron raketinin hədəfi uğurla vurduğu bildirilib.

Şirkət ağıllı sursatların mobil platformalarla inteqrasiya edildiyini qeyd edərək hər cür təhdidə qarşı strateji həllər istehsal etməyə davam etdiklərini vurğulayıb.

ROKETSAN-ın baş direktoru Murat İkinci də inkişafı “Müasir təhdidlərə qarşı mobil qalxan: CİRİT antidron” başlığı ilə qiymətləndirib.

İkinci bildirib ki, CİRİT antidron raketi PUSU Silah Sistemindən hava hədəfinə qarşı həyata keçirilən atış zamanı hədəfi tam dəqiqliklə vurub.

“Göy Vətən”in hər hündürlüyündə yerli sistemlərimizin çəkindirmə qabiliyyətini gücləndiririk”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CİRİT   Türkiyə  


Bizi "telegram"da izləyin