MDB Hökumət Başçıları Şurasının iclası mayın 22-də Aşqabadda keçiriləcək

2026/05/1778742969.jpg
Oxunub: 499     11:14     14 May 2026    
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov mayın 22-də Aşqabadda keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasının yüksək səviyyədə təşkil olunması barədə tapşırıq verib.

Ordu.az xəbər verir ki, müvafiq qərar “Neytralnı Türkmənistan” qəzetində dərc olunub.

“Sənəddə Türkmənistan Prezidentinin Administrasiyasının İşlər İdarəsinə və Xarici İşlər Nazirliyinə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi ilə birgə 2026-cı il mayın 22-də Aşqabad şəhərində keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasını yüksək səviyyədə və təşkilatlanmış şəkildə həyata keçirmək tapşırılıb”, - deyə sənəddə qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Aşqabad   Türkmənistan  


Bizi "telegram"da izləyin