Ordu.az xəbər verir ki, bu barədə “Belçika İqtisadi Missiyası”nın Türkiyəyə səfəri çərçivəsində təşkil olunan mərasimdə məlumat verilib.
Mərasimdə “SAHA İstanbul” ilə “Agoria BSDI” müdafiə və aviasiya innovasiyasında əməkdaşlığı təşviq etmək məqsədilə anlaşma memorandumu imzalayıb.
Türkiyə ilə Belçika arasında müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi məqsədilə imzalanan bu anlaşma birgə tədqiqat fəaliyyəti, texnoloji əməkdaşlıq və iş praktikalarının mübadiləsi üçün çərçivə yaradacaq.
Mərasimdə həmçinin FNSS ilə “John Cockerill Defense” arasında mövcud və yeni bazarları birgə inkişaf etdirmək və araşdırmaq məqsədilə anlaşma memorandumu imzalanıb.
İki şirkət bu razılaşma vasitəsilə dünya üzrə müştərilərə yüksək keyfiyyətli zirehli texnikalar təqdim etmək öhdəliyini bir daha təsdiqləyib.
Tədbirdə əlavə olaraq “BTMco” ilə ABC, ALTUNA Beynəlxalq Mühəndislik ilə “New Lachaussee”, TUSAŞ ilə SONACA və ASELSAN ilə “XO Advanced Systems” arasında imzalanan sazişlərlə müxtəlif sahələrdə əməkdaşlığa yol açılıb.
Sevinc Əliyeva
Ordu.az