NESA SAHA 2026-da yüksək texnologiyalı həllərini tanıtdı - VİDEO

2026/05/1778668424.jpg
Oxunub: 558     14:29     13 May 2026    
Müdafiə və aviasiya sektorunda kritik sistemlərin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət göstərən NESA Havacılık 5-9 may tarixləri arasında İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində yüksək texnologiyalı həllərini sahə mütəxəssisləri ilə görüşdürüb.

Ordu.az xəbər verir ki, uğurlu sərgi keçirən NESA tədbir boyunca tərəfdaşlarını və qonaqlarını öz stendində qəbul edib.

Şirkət ziyarətçilərə yüksək texnologiyalı həllərini kəşf etmək və müdafiə sənayesindəki yenilikçi məhsullarını yaxından araşdırmaq imkanı yaradıb, xüsusi həlləri və qabaqcıl texnologiya tətbiqləri barədə məlumat verib.

1700-dən çox şirkət və təxminən 120 ölkədən 200 mindən çox ziyarətçinin qatıldığı tədbirdə səmərəli görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını dəyərləndirib.

Raket və hava hücumundan müdafiə sistemləri ilə döyüş təyyarəsi dəstək bölmələri üçün həlləri ilə öne çıxan NESA müdafiə sənayesi görüşlərində sektorla bir araya gəlməyə, səriştə və imkanlarını tanıtmağa davam edəcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NESA   SAHA-2026  


Bizi "telegram"da izləyin