Ramazanov Dağıstanın Baş naziri vəzifəsinə təsdiq edilib

2026/05/Ekran-1778076236.jpg
Oxunub: 365     12:13     13 May 2026    
Dağıstan (RF) Xalq Məclisinin deputatları Maqomed Ramazanovu respublika hökumətinin sədri vəzifəsinə təsdiq ediblər.

Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Gizli səsvermə zamanı deputatlar Ramazanovun təyinatını yekdilliklə dəstəkləyiblər.

Qeyd olunur ki, mayın 6-da Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin respublika hökumətini istefaya göndərərək, baş nazir vəzifəsini müvəqqəti olaraq Ramazanova həvalə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ramazanov   Dağıstan  


Bizi "telegram"da izləyin