Slovakiya parlamentinin sədri Qarabağa səfər edəcək

2026/05/1778659797.jpg
Oxunub: 394     11:52     13 May 2026    
Slovakiya Milli Şurasının sədri Rixard Raşi Qarabağa səfər edəcək.

Ordu.az xəbər verir ki, o, bu barədə mayın 13-də Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

R.Raşi səfər çərçivəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada da olduğunu söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin