“Promec” SAHA 2026 sərgisini yeni əməkdaşlıqlarla başa vurub - VİDEO
Oxunub: 523
11:50
13 May 2026
Əsasən müdafiə sənayesi sektoruna xidmət göstərmək məqsədilə mühəndislik, dizayn, təsdiqləmə və istehsal fəaliyyəti həyata keçirmək üçün 2014-cü ildə Ankarada yaradılan “Promec” mayın 5-9-Da İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisini yeni əməkdaşlıqlarla başa vurub.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Promec” tərəfindən mövzu ilə bağlı yayılan açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Gərgin keçən SAHA EXPO 2026 tədbirində sektor peşəkarları ilə bir araya gəlmək, yeni əməkdaşlıqlar inkişaf etdirmək və şirkətimizi ən yaxşı şəkildə təmsil etmək imkanı əldə etdik. Əməyi keçən bütün komanda yoldaşlarımıza, stendimizi ziyarət edən qonaqlarımıza və dəyərli iş tərəfdaşlarımıza təşəkkür edirik. “Promec” olaraq növbəti görüşü səbirsizliklə gözləyirik. Görüşənədək SAHA EXPO 2028!”.
“Promec” 1700-dən çox şirkət və təxminən 120 ölkədən 200 mindən artıq ziyarətçinin qatıldığı sərgidə yeni məhsul təqdimatları da həyata keçirib.
Şirkət ən çətin operativ mühitlərdə dəqiq hədəfləmə və müşahidə üçün hazırlanmış yeni stabilləşdirilmiş iki oxlu yönləndirmə sistemi məhsulunu və sahədəki personalın təhlükəsizliyini artırmağa yönəlmiş “Pro-Mavzer” uzaqdan atış idarəetmə sistemini təqdim edib.
Sərgini uğurla başa vuran “Promec” ölkə daxilində və xaricdə müdafiə sənayesinin mərkəzi hesab olunan tədbirlərdə iştirak etməyə davam edəcək.