Ordu.az xəbər verir ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun rəsmisi Mixael Bauer bildirib ki, söhbət iki PC-12/U-28A təyyarəsindən gedir. Həmin təyyarələr taktiki kəşfiyyat və xüsusi təyinatlı qüvvələrin daşınmasıda istifadə olunan kəşfiyyat-nəqliyyat təyyarələridir.
İsveçrənin “20 Minuten” nəşrinin məlumatına görə, ABŞ-yə məxsus iki təyyarə lazımi icazə olmadan Yuxarı Avstriyadakı Totes-Gebirge dağ massivi üzərindən uçub. Bundan sonra Avstriyanın “Eurofighter” qırıcıları onların qarşısını almaq üçün havaya qaldırılıb və Amerika təyyarələri Münhen istiqamətinə geri dönüb.
Ordu.az