Ordu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyulan qadağaları aradan qaldırmasına münasibət bildirərkən deyib.
“Bu qərar iki ölkə arasında ticarətin və işgüzar dairələr arasındakı əlaqələrin genişləndirilməsi, regionda iqtisadi bağlılığın təşviq olunması, eləcə də sülh və rifahın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Vurğulamaq istərdik ki, bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində vacib addımdır. Bu proses Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması ilə məntiqi davamını tapa bilər”, - deyə Ermənistan XİN sözçüsünün açıqlamasında qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az