CİDA tank əleyhinə raketi görmə xəttindən dənkənar zərbə qabiliyyəti ilə ön plana çıxır

2026/05/1778655899.jpg
Oxunub: 446     11:08     13 May 2026    
Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN “SAHA Expo” sərgisində təqdim edilən yeni nəsil CİDA tank əleyhinə raketinin görmə xəttindən kənar (NLOS) zərbə qabiliyyəti, uzun mənzil performansı və çoxplatformalı inteqrasiya xüsusiyyətləri ilə müasir döyüş meydanında yeni operativ seqment formalaşdırmağı hədəflədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

ROKETSAN-ın baş direktoru Murat İkinci tərəfindən paylaşılan məlumatlara görə, CİDA ənənəvi tank əleyhinə sistemlərdən fərqli olaraq operatorun hədəfi birbaşa görməsini tələb etməyən arxitektura üzərində hazırlanıb.

Sistem məlumat bağlantısı infrastrukturu sayəsində raketin axtarış başlığından əldə edilən görüntünü real vaxt rejimində operatora ötürə bilir. Bu quruluş müdafiə ədəbiyyatında “Man-in-the-Loop” kimi tanınan “Dövrədəki İnsan” konsepsiyasını dəstəkləyərək operatora raketin uçuşu zamanı hədəfi yeniləmə və yönləndirmə imkanı yaradır.

Beləliklə bölmələrin qapalı və ya qorunan mövqelərdən yüksək dəqiqlikli nişanalma həyata keçirməsi məqsəd qoyulur. ROKETSAN tərəfindən paylaşılan sınaq məlumatlarına görə, CİDA “hava-yer” nişanalmalarında 55 kilometrdən, “yer-yer” istifadəsində isə 35 kilometrdən çox mənzilə çatıb.

Bu qabiliyyətin zirehli hədəflərin təmas xəttinə çatmadan əvvəl zərərsizləşdirilməsinə yönəlmiş operativ dərinlik təmin edə biləcəyi qiymətləndirilir. Müdafiə mütəxəssisləri uzun mənzilli tank əleyhinə sistemlərin xüsusilə şəbəkəmərkəzli döyüş konsepsiyalarında quru bölmələrinə daha geniş təsir sahəsi təqdim etdiyini bildirirlər. Görmə xəttindən kənar nişanalma qabiliyyəti eyni zamanda platformaların təhdid zonasına yaxınlaşma ehtiyacını azaldaraq sağqalma imkanlarını artırır.

CİDA-nın döyüş başlığının daha əvvəl operativ istifadə üçün hazırlanmış ağır sinfinə məxsus UMTAS tank əleyhinə raketi ilə eyni infrastruktura sahib olduğu bildirilib. Bu yanaşmanın sistemin dağıdıcı gücünü qoruyarkən inkişaf risklərini azaltmağı hədəflədiyi qeyd olunur. Murat İkinci sistemin mövcud tank əleyhinə raket ailəsindən fərqli texnoloji seqment formalaşdırdığını bildirərək aşağıdakı fikirləri səsləndirib: “CİDA sahib olduğu yeni məlumat bağlantısı texnologiyası, görüntüləmə sistemi və sevk sistemi ilə mövcud tank əleyhinə ailədən (“Karaok”, OMTAS, UMTAS və s.) ayrılaraq fərqli seqmentə keçidi təmsil edir”.

Sistemin yeni nəsil məlumat bağlantısı infrastrukturu sayəsində atışdan sonra hədəf yeniləmə (re-targeting) qabiliyyətinə malik olduğu da bildirilib. CİDA-nın müxtəlif platformalarla inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə biləcək formada hazırlandığı açıqlanıb. Sistem T129 ATAK helikopterləri, zirehli quru vasitələri və insansız quru platformalarında istifadə oluna biləcək modul quruluş təqdim edir.

Müdafiə dairələri bu tip çoxplatformalı inteqrasiyanın birgə əməliyyat qabiliyyətini artırarkən logistika yükünü azalda biləcəyinə diqqət çəkirlər. Xüsusilə insansız sistemlərlə birlikdə istifadənin gələcəyin rəqəmsal döyüş meydanlarında qüvvə çarpanı effekti yarada biləcəyi qiymətləndirilir. ROKETSAN tamamlanan atış sınaqlarından sonra CİDA üçün seriyalı istehsal prosesinin başladıldığını açıqlayıb.

Şirkətin qarşıdakı dövrdə elektromaqnit qarışdırma mühitləri və çətin iqlim şəraitini əhatə edən əlavə təsdiqləmə sınaqlarını davam etdirməsi gözlənilir. Şirkət tərəfindən paylaşılan məlumatlara görə, sursat “hava-yer” nişanalmalarında 55 kilometrdən, “yer-yer” istifadəsində isə 35 kilometrdən çox mənzilə çatıb. Bu nəticələr CİDA-nı öz sinfində ən iddialı sistemlərdən biri olan İsrail istehsalı “Spike” NLOS ilə birbaşa rəqabət apara biləcək mövqeyə gətirib.

Sistemin ilkin mərhələdə qısa mənzilli və yaşayış məntəqəsi əməliyyatları üçün nəzərdə tutulmuş quruluşu yeni nəsil itki və yönləndirmə texnologiyaları ilə dərin zərbə qabiliyyətinə çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CİDA   Türkiyə   Raket  


Bizi "telegram"da izləyin