Ordu.az xəbər verir ki, “Reuters” agentliyinə danışan “Embraer”in baş icraçı direktoru Fransisko Qomes Neto şirkətin artan beynəlxalq tələbi qarşılamaq məqsədilə istehsal gücünü mərhələli şəkildə artırdığını bildirib.
“Embraer” C-390 “Millennium” Latın Amerikasında hazırda yalnız Braziliya Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur.
Kolumbiya və Çilidən alınacaq mümkün sifarişlərin “Embraer”in C-390-ın ixracını genişləndirmək hədəfi baxımından mühüm addım olacağı gözlənilir.
C-390 orta və ağır nəqliyyat missiyalarında “Lockheed Martin” C-130 “Hercules”in əsas rəqiblərindən biri kimi qiymətləndirilir.
Fransisko Qomes Neto Latın Amerikasındakı təchizat proseslərinin büdcə təsdiqləri və bürokratik prosedurlar səbəbindən digər regionlarla müqayisədə daha uzun çəkə bildiyini bildirib.
Buna baxmayaraq Neto Kolumbiyanın ehtiyaclarının daha təcili xarakter aldığını bildirərək aşağıdakı qiymətləndirməni edib:
“Kolumbiya üçün proses daha qısa müddətdə nəticələnə bilər. Ölkənin belə bir ehtiyacı var və təyyarəni yaxından tanıyır”.
Kolumbiya Prezidenti Qustavo Petro mart ayında baş verən və 70 nəfərin həyatını itirdiyi C-130 qəzasından sonra hərbi nəqliyyat donanmasının yenilənməsini sürətləndirmək istədiyini açıqlamışdı.
“Embraer” ötən ay Çilidə keçirilən FIDAE Aviasiya Sərgisi zamanı C-390 təyyarəsini Çili Prezidenti Xose Antonio Kasta təqdim edib.
Neto Çili üçün həyata keçirilən satış kampaniyasını “orta müddətli” kimi xarakterizə edib.
“Embraer” ötən həftə Birləşmiş Ərəb Əmirliklərindən 20 ədədə qədər C-390 sifarişi aldığını açıqlamışdı.
Bu müqavilə C-390-ın Yaxın Şərqdə ilk satışı olma xüsusiyyəti daşıyır.
Neto qlobal miqyasda təyyarəyə yönəlmiş marağın güclü olduğunu və indiyədək təxminən 12 ölkənin C-390-ı seçdiyini bildirib.
“Embraer” artan sifarişləri qarşılamaq məqsədilə istehsal gücünü artırmağı planlaşdırır.
Şirkətin hədəfi:
- 2026-cı ildə 6 təyyarə istehsal etmək,
- 2030-cu ilə qədər illik istehsalı 10 təyyarəyə çatdırmaqdır.
Neto pandemiyadan sonra təchizat zəncirindəki bərpanın istehsal artımını dəstəklədiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az