Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin 14-cü təlim aviasiya qanadı məlumat yayıb.
“Misisipinin “Kolumbus” hərbi bazasına məxsus T-38 “Talon II” təyyarəsi qəzaya uğrayıb. Hər iki pilot katapult vasitəsilə təyyarəni uğurla tərk edib”, - deyə açıqlamada bildirilib.
Məlumata görə, hadisənin səbəbləri hələlik məlum deyil.
Sevinc Əliyeva
Ordu.az