Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək - FOTO

2026/05/1778650834.jpg
Oxunub: 484     09:27     13 May 2026    
Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 3 itkin-şəhidi dəfn ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Rafiq Şirvan oğlu Cəfərov, Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov mayın 15-də Füzuli rayonunda dəfn ediləcək.

Onlardan Rafiq Cəfərov Əbdülrəhmanlı kənd qəbiristanlığında, digər iki itkin-şəhid isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Dəfn  


Bizi "telegram"da izləyin