Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Zəngəzur bölgəsində Nikol Paşinyanı qarşılayaraq onun qarşısında baş əyən Gorus icmasının rəhbəri Aruş Aruşanyan artıq hakimiyyət tərəfindən “öz mövqeyini gizlətməyən tərəfdar” kimi qəbul edilir.
“Bunun əksinə olaraq, Kacaran rəhbəri Manvel Paramazyanın “oyunları” Paşinyanın xoşuna gəlmir. Bildirilir ki, Paramazyan Paşinyanın Kacaran səfəri zamanı onu qarşılamasa da, əvvəlcədən Alen Simonyana izah edib ki, baş naziri və digər rəsmiləri çox hörmətlə qarşılayır, lakin səfər rəsmi olmadığı və səhhətində problemlər olduğu üçün görüşə gələ bilməyib.
Bu izahat hakimiyyət nümayəndələrini qane etməyib və onlar hər kəsdən qeyd-şərtsiz dəstək gözləyirlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az