Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Qərara əsasən, bütün tənzimləyici qurumlar siyahıya daxil edilən şəxslərlə maliyyə və ya ticarət münasibətləri olan hər hansı fiziki və ya hüquqi şəxsi müəyyən etməyə və Birləşmiş Ərəb Əmirliklərinin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq zəruri tədbirlər görməyə, o cümlədən aktivləri 24 saatdan az müddətdə dondurmağa borcludur”, - deyə Əmirliklərin xəbər agentliyi (WAM) bildirib.
WAM vurğulayıb ki, bu qərar Birləşmiş Ərəb Əmirliklərinin terrorçuluq və ekstremizmin bütün formalarına qarşı mübarizə aparmaq, həmçinin terror qrupları və təşkilatlarının maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində sarsılmaz və uzunmüddətli öhdəliyini əks etdirir. Qeyd olunub ki, bu, ölkənin təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, eləcə də regional və beynəlxalq sülhə yönəlmiş təhdidlərə qarşı çıxmağa dair daha geniş səylərinin bir hissəsidir.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə birlikdə 2016-cı il mart ayında “Hizbullah”ı rəsmi olaraq “terror təşkilatı” kimi tanıyıb.
Sevinc Əliyeva
Ordu.az