“Hraparak”: Ermənistan İctimai Televiziyası debatları İdman və Konsert Kompleksində keçirəcək

2026/05/1778650371.jpg
Oxunub: 449     09:29     13 May 2026    
Ermənistan İctimai Televiziyası iyunun 1-dən 5-dək İdman və Konsert Kompleksinin zallarından birini icarəyə götürmək istəyir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, məqsəd qanunla nəzərdə tutulan seçki debatlarını burada təşkil etməkdir.

“Müzakirə olunur ki, debatlar təkcə 19 siyasi qüvvənin birinci nömrələrinin iştirakı ilə deyil, həm də müxtəlif sahələr üzrə və hətta qadın namizədlər arasında keçirilsin.

İdman və Konsert Kompleksinin direktoru Karen Qazaryan nəşrlə söhbətdə bildirib ki, hazırda İctimai Televiziya ilə danışıqlar aparılır, hələlik yekun qərar və imzalanmış müqavilə yoxdur, məsələ müzakirə mərhələsindədir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin