Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu proses də “Vətəndaş Müqaviləsi” partiyasının diqqətindən yayınmayıb.
“Hakimiyyət dəyişikliyinin qarşısını almaq üçün görünməmiş üsullar axtaran partiya komissiyalardakı müxalif üzvləri və üçüncü şəxslər vasitəsilə onlarla “iş apararaq” onları seçkilərdə iştirak etməməyə razı salmağa çalışıb.
Məlumdur ki, müxalif qüvvələr komissiyalarda öz üzvləri vasitəsilə seçki məntəqələrinə nəzarət qurulacağını və saxtakarlıqların qarşısının alınacağını gözləyirlər. İndi isə həmin nəzarəti zəiflətməyə çalışırlar. Sual yaranır ki, əgər seçkiləri saxtalaşdırmaq planı yoxdursa, niyə komissiyaların müxalif üzvləri neytrallaşdırılır?
Qeyd olunur ki, komissiya üzvləri bu işə görə dövlət büdcəsindən ödəniş alırlar. Bu il həmin məbləğ komissiya sədri üçün 150 min dram, komissiya üzvü üçün isə 75 min dram olacaq”, - deyə müəllif bildirib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, müxalifətin kvota üzrə müəyyən edilmiş üzvlərini maliyyə baxımından həvəsləndirməyə çalışırlar ki, seçkilər zamanı işləməkdən imtina etsinlər, müxaliflər seçki məntəqələrini “bağlaya” bilməsinlər və hakimiyyət öz qara işini görə bilsin.
Alpər Mövludoğlu
Ordu.az