Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, nazirlər müxtəlif formatlarda təbliğat kampaniyalarında, bölgə səfərlərində və siyasi fəallıqda iştirak edir, əsasən də məzuniyyətdədirlər.
“Müxtəlif qurumlarda müvəqqəti idarəetmə rejimi ilə işləyirlər. Bu günlərdə səhiyyə nazirinin səlahiyyətlərini Lena Nanuşyan icra edir. Başqa sözlə, səhiyyə sisteminin idarəçiliyi ətrafında hakimiyyət daxilində və ictimai müstəvidə artıq çoxdan suallar toplanmış bir vəzifəli şəxsə tapşırılıb.
Qeyd olunur ki, həm xarakter, həm də siyasi baxışlar baxımından Nanuşyanı hakim “Vətəndaş Müqaviləsi” partiyasının illərdir irəli sürdüyü əsas tezislərlə əlaqələndirmək çətindir. Xüsusilə də ictimai müzakirələrə onun oğlunun sağlamlıq səbəbilə hərbi xidmət keçməməsi çıxarılıb. Xüsusilə eyni hakimiyyətin nümayəndələrinin daim bərabər öhdəliklər və xidmətin vacibliyindən danışdıqları fonunda bu mövzu ilə bağlı mediada müxtəlif yazılar və müzakirələr olub. Bununla belə, nazir Ananyesyanın iki oğlu hazırda orduda xidmət edir”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, digər mühüm məqam səhiyyə sığortası proqramı ilə bağlıdır.
“Uzun müddət məhz Lena Nanuşyan sahənin məsul şəxslərindən biri hesab olunub, lakin proses praktik həyata keçməyib və hətta hakimiyyət daxilində də uğursuz istiqamət kimi qiymətləndirilib. Yalnız nazir Ananyesyan təşəbbüsü tam nəzarətinə götürüb layihəni şəxsən irəli çəkməyə başlayandan sonra hakim dairələrdə “irəliləyiş”dən danışmağa və nazirin ünvanına təriflər səsləndirməyə başlayıblar.
Hakimiyyət sistemində o da unudulmur ki, Nanuşyan keçmiş səhiyyə naziri Arsen Torosyanın yaxın komanda üzvlərindən biri sayılır. Torosyanın səhiyyə sistemində təsiri onun vəzifədən getməsindən illər sonra da aktiv müzakirə mövzusu olaraq qalır.
Məsələ ilə bağlı Lena Nanuşyandan da şərh almağa çalışdıq. Xüsusilə, onun nazirliyin rəhbərinin müvəqqəti səlahiyyətlərini icra etməsi ilə özünü rahat hiss edib-etmədiyini və ünvanına səslənən tənqidləri necə qiymətləndirdiyini soruşmaq istədik. Lakin Nanuşyan zənglərimizə cavab vermədi və şərh almaq mümkün olmadı”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az