Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, özünü “tiradav”ların rəhbəri” elan edən Navasard Kçoyan bazar günü tərəfdarlarını bir araya toplayaraq aktivləşməyin vaxtının çatdığını bildirib.
“Bundan yaxşı fürsət olmayacaq. Katolikosun Karapetyanı ziyarət etməsini öz xeyrimizə istifadə etməliyik. Qarşıdakı iyirmi gündə nə etmək lazımdırsa, etməliyik”, - deyə onun tərəfdarlarına bildirdiyi iddia olunur.
Qeyd olunub ki, Kçoyan II Qareginin Samvel Karapetyana səfərinin cəmiyyətdə kilsənin müxalifəti dəstəklədiyi görüntüsü yaratdığını düşünür və tərəfdarlarının bunun əksini “sübut etməyə” çalışmalı olduğunu bildirib.
Nəşr vurğulayıb ki, Ermənistan ictimaiyyəti artıq “tiradav” qruplarının fəaliyyətini yaxşı tanıyır və onların təbliğatı hətta hakim “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarları tərəfindən belə Ermənistan kilsəsinin rəsmi mövqeyi kimi qəbul edilmir.
Alpər Mövludoğlu
Ordu.az