Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasına yaxın mənbələr Baş nazir Nikol Paşinyanın II Qareginin Samvel Karapetyanı ziyarət etməsindən ciddi şəkildə qəzəbləndiyini bildiriblər.
“Belədirsə, qoy indi hamısını tutub aparsınlar”, - deyə Paşinyanın görüş görüntülərinə baxarkən söylədiyi iddia olunur.
Qeyd olunub ki, hakimiyyətə yaxın dairələrdə din xadimlərinə qarşı təzyiqlərin yenidən güclənəcəyi ilə bağlı fikirlər səsləndirilir.
Alpər Mövludoğlu
Ordu.az