“Joğovurd”: “Güclü Ermənistan”ın dinlənilən tərəfdarları fəaliyyət göstərən kənd icra nümayəndələridir

2026/04/1775888747.jpg
Oxunub: 463     09:03     13 May 2026    
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “Güclü Ermənistan” partiyası ilə bağlı yayılan telefon dinləmələrinin siyasi xarakter daşımadığını sübut etməyə çalışsa da, Zəngəzurda fəaliyyət göstərən inzibati ərazi rəhbərlərinin diqqət mərkəzinə düşdüyü məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, 2026-cı il mayın 7-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rəsmi şəkildə seçki rüşvəti vermə, alma və vətəndaşların seçki hüquqlarının sərbəst həyata keçirilməsinə mane olma halları ilə bağlı cinayət işinin açıldığını açıqlayıb.

Məlumata əsasən, Rusiyanın Orenburq şəhərində yaşayan erməni əsilli iş adamının təşkilatçılığı ilə onun yaxın çevrəsinə daxil olan şəxslər 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində “Güclü Ermənistan” partiyasına səs vermələri qarşılığında bir sıra seçicilərə borclarının bir hissəsinin silinməsi, işlə təmin olunma və digər yollarla rüşvət vəd ediblər.

“Bundan əlavə, həmin şəxslərin Sisian icmasının bəzi sakinlərini zor tətbiqi ilə hədələyərək onların seçki hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə mane olmağa çalışdığı bildirilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, bir neçə nəfər saxlanılıb, axtarışlar və digər istintaq hərəkətləri həyata keçirilib. İstintaq orqanı həmçinin səs yazısını da yayıb”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, yalnız səs yazısında Şağat inzibati ərazi dairəsinin rəhbəri ilə bağlı eyham yer alıb və onun hüquq-mühafizə orqanları tərəfindən Zəngəzurdan İrəvana aparıldığı qeyd olunub.

Şağat inzibati ərazi dairəsinin rəhbəri Tiqran Xaçatryan nəşrə açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığını təsdiqləyib, lakin hadisə ilə əlaqəsinin olmadığını bildirib.

“Mən iş üzrə sadəcə şahidəm”, - deyə o qeyd edib.

Sarnakunk inzibati ərazi dairəsinin rəhbəri Arsen Torosyan isə yalnız adının bəzi söhbətlərdə hallandığını və bu səbəbdən aparıldığını bildirib. O qeyd edib ki, “Güclü Ermənistan” partiyası ilə heç bir əlaqəsi yoxdur.

Nəşr vurğulayıb ki, nəticədə müxalifət nümayəndələrinin dinlənilməsi zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyası dövründə vəzifədə çalışan kənd rəhbərlərinin də diqqət mərkəzinə düşdüyü məlum olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dinləmə  


Bizi "telegram"da izləyin