"Ya İran razılaşmaya gedəcək, ya da ABŞ "başladığı işi bitirəcək" - Tramp

2026/05/1778436283.jpg
Oxunub: 388     02:11     13 May 2026    
Ya Tehran Vaşinqtonla kompromis razılaşmasına çatacaq, ya da ABŞ İranda "başladığı işi bitirəcək".

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.

"Onlar ya düzgün olanı edəcəklər, ya da biz başladığımız işi bitirəcəyik. <...> Ya biz razılığa gəlirik, ya da onlar məhv ediləcəklər. Bu və ya digər şəkildə biz qalib gəlirik", - deyə ABŞ prezidenti bildirib.

Amerika lideri İranla atəşkəsdən imtina etməyə hazır olub-olmadığı sualına qəti cavab verməyib. Prezident deyib: "Bu barədə [Pekinə] uçuş zamanı düşünəcəyik. Və qısa müddət ərzində [sonra] yenidən düşünəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin