Ordu.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
"Düşmən aviasiyasının Nəbatiyə şəhərinə zərbəsi nəticəsində beş Livan vətəndaşı, o cümlədən iki mülki müdafiə işçisi həlak olub. Nəbatiyə ətrafında yerləşən Cibşitdə dörd nəfər həyatını itirib, onların arasında Livan Silahlı Qüvvələrinin hərbi qulluqçusu da var", - qurumun rəsmi məlumatında bildirilib.
Bundan başqa, sərhədyanı Bint-Cübeyl rayonundakı Kfar-Dunin yaşayış məntəqəsinin bombardmanı zamanı bir qadın və bir uşaq olmaqla, dörd yerli sakin öldürülüb.
Daha əvvəl Livan Səhiyyə Nazirliyi aprelin 17-də atəşkəs razılaşması qüvvəyə mindiyi vaxtdan bəri həlak olan vətəndaşların ümumi sayının 552 nəfər təşkil etdiyi, həmçinin 1 149 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığına dair məlumat yaymışdı.
Ordu.az