KİV: Bu ilin yanvar-mart aylarında Ermənistana 10 azərbaycanlı səfər edib

2026/05/1778615367.jpg
Oxunub: 578     23:33     12 May 2026    
2026-cı ilin yanvar-mart aylarında turist kimi Ermənistana 10 azərbaycanlı səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri Ermənistanın Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlara istinadən yazıb.

Nəşrin məlumatına görə, həmin şəxslər Ermənistanda orta hesabla 38 gün qalıblar.

“Qeyd edək ki, 2025-ci ildə Ermənistana heç bir azərbaycanlı səfər etməmişdi.

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycandan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana səfər etmişdilər. İstisna deyil ki, söhbət həmin proqram çərçivəsində Ermənistana gələn şəxslərdən gedir. Lakin maraqlıdır ki, Statistika Komitəsinin məlumatına görə, onlar Ermənistanda 38 gün keçiriblər.

Ermənistana Türkiyə vətəndaşlarının marağı da artıb. Bu ilin yanvar-mart aylarında həmin ölkədən Ermənistana 3025 turist səfər edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Həmin vaxt Ermənistana 2422 turist gəlmişdi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin