Ərdoğanın müşaviri Aİ nümayəndəsi ilə Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib

2026/05/1778609020.jpg
Oxunub: 556     22:01     12 May 2026    
Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Maqdaqelena Qrono ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Görüş zamanı biz Azərbaycan və Ermənistan arasında sülh nizamlanması prosesini, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesini, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına dair layihələri, regional sabitlik və təhlükəsizlik məsələlərini, eləcə də regiona dair Aİ yanaşmasını müzakirə etdik. Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə səylərin əhəmiyyətini vurğuladıq”, - deyə Kılıç “X” platformasındakı paylaşımında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Bakı   İrəvan   Türkiyə  


Bizi "telegram"da izləyin