Ordu.az xəbər verir ki, bu barədə “Erməni Şurası” analitik mərkəzinin rəhbəri, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyan bildirib.
“On illiklər sürən münaqişədən sonra sülh təkcə siyasi danışıqlarla deyil, həm də insanlar arasında etimadla qurulur. Ermənistan-Azərbaycan sülh prosesində bu gün yeni imkan var və vacibdir ki, cəmiyyətlər də bu yola cəlb olunsun. Londonda keçirilən görüş zamanı erməni və azərbaycanlı ekspertlər sülh prosesinin mövcud mərhələsini, imkanları və riskləri müzakirə ediblər”, - deyə Koçinyan yazıb.
O əlavə edib ki, davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq vasitəsilə formalaşır.
Alpər Mövludoğlu
Ordu.az