İranın yol və şəhərsalma naziri Bakıya gəlir

2026/05/1778602992.jpg
Oxunub: 376     19:50     12 May 2026    
İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq mayın 17-də Azərbaycana səfər edəcək.

Bu barədə Ordu.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfərdə iranlı naziri yüksək səviyyəli heyət müşayiət edəcək.

İranlı nazir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) iştirak edəcək.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) 17-22 may tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin Məskunlaşma Proqramı ilə (UN-Habitat) Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən dövlət rəsmilərini, özəl sektor, vətəndaş cəmiyyəti üzvlərini, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Forum çərçivəsində Azərbaycanın təşəbbüsü ilə WUF13 tarixində ilk dəfə Liderlər Sammiti keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin