Volodin Ermənistanı təhdid edir: “Bu, doğrudanmı Ermənistanın sadə vətəndaşlarına lazımdır?”

2026/05/1778602225.jpg
Oxunub: 377     20:04     12 May 2026    
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi ilə əlaqədar olaraq İrəvanın siyasi kursu ilə Ukraynada hadisələrin başlanğıcı arasında paralellər aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Volodin “Max” platformasındakı kanalında yazıb.

Volodin xatırladıb ki, Qələbə gününün ərəfəsində İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın qonaqlarının toplandığı sammit keçirilib və bunun ardınca Ermənistana gələnlərin, o cümlədən Volodimir Zelenskinin çıxışları və bəyanatları olub.

“Bu gün hamı üçün sual aydın olub: Paşinyanın belə hərəkətlərindən sonra münasibətlər necə inkişaf edəcək? Dövlətlərimiz bir-birinə daha yaxın olacaq, yoxsa daha uzaq? Münasibətlərdə gərginlik daha az olacaq, yoxsa daha çox? Çox güman ki, ikinci variant. İstər-istəməz paralel yaranır. Ukraynada hər şey məhz belə başladı. Bu, doğrudanmı Ermənistanın sadə vətəndaşlarına lazımdır?”, - deyə Volodin yazıb.

O qeyd edib ki, Rusiyanın erməni xalqı ilə ən yaxın və yaxşı münasibətlərindən biri var, Rusiya ərazisində yaşayan ermənilərin sayı Ermənistanda yaşayanların sayına demək olar ki, bərabərdir və Rusiyada ermənilər digər millətlərlə bərabər şəkildə özlərini göstərir, vəzifələr tuturlar, deputat seçilirlər və Ermənistanda yaşayan qohumlarına və yaxınlarına kömək edirlər.

“Proqnozlaşdırıram ki, belə bəyanatlar səslənəcək: “Biz suveren dövlətik, nə istəyirik, onu da edirik”. Burada heç kim suverenlikdən və müdaxilədən danışmır. Söhbət mənəviyyat və ləyaqətdən gedir. Bunlar ya var, ya da yoxdur. Yüksək vəzifələr tutmaq olar, amma bu, o demək deyil ki, insan həmin keyfiyyətlərə malikdir”, - deyə Dövlət Dumasının sədri əlavə edib.

Volodinin sözlərinə görə, Rusiyanın ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri üzərində qurulur və bu münasibətlər hərtərəfli formalaşdığı yerdə strateji tərəfdaşlığa, daha sonra isə ittifaq münasibətlərinə çevrilir.

“Və təbii ki, əldə olunmuş səviyyə nəzərə alınaraq iş qurulur, ölkələr və xalqlar arasında münasibətləri inkişaf etdirməyin bizim üçün nə qədər vacib olduğu vurğulanır. Biz tərəfimizdən, Dövlət Dumasının müxtəlif siyasi fraksiyalarla təmsil olunmasına və hər bir deputatın vəziyyətə özünəməxsus baxmasına baxmayaraq, dostluğun möhkəmlənməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Əslində, biz buna daim nəzarət edirik”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Volodin   Ermənistan  


Bizi "telegram"da izləyin