Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan bildirib.
“Mən məzuniyyətdəyəm və Ermənistandayam, dünən gəlmişəm. Bir il 7 ay ərzində qərara aldım ki, ötən ildən qalan məzuniyyətimi istifadə edə bilərəm”, - deyə o bildirib.
Bir neçə gün əvvəl onun Rusiya Xarici İşlər Nazirliyinə çağırılması və Ermənistanın İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskiyə platforma yaratmasına, Zelenskinin isə Rusiya əleyhinə bəyanatlar verməsinə görə etiraz bildirilməsi məsələsinə münasibət bildirən Arsenyan deyib: “Ermənistana nota təqdim edilməyib, Rusiya tərəfindən bizə heç bir sənəd verilməyib. Sadəcə şifahi söhbət olub və bu barədə Ermənistan Xarici İşlər Nazirliyinə məlumat verilib. Nota rəsmi sənəddir, mənə belə bir şey təqdim edilməyib”.
XİN-də bu məsələ ilə bağlı hər hansı görüşdə iştirak edib-etməyəcəyi barədə suala isə o, “Mən məzuniyyətdəyəm, işləmirəm” cavabını verib.
Alpər Mövludoğlu
Ordu.az