Deputat: "Azərbaycan Cənubi Qafqazda önəmli tərəfdaşdır"

2026/05/17713-1778586507.jpg
Oxunub: 274     15:29     12 May 2026    
Azərbaycan Cənubi Qafqaz regionunda önəmli tərəfdaşdır.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Ermənistanda bir neçə həftə sonra keçiriləcək parlament seçkiləri İrəvan üçün böyük şansdır:

"Bu seçkilərdə Ermənistanin yeni baxışı formalaşacaq. Hazırkı Ermənistan özünü sülh tərəfdarı kimi göstərsə də, bu ölkənin daxilində sülhə qarşı olan qüvvələr var. Digər tərəfdən, Avropa Parlamenti və bir sıra digər qurumlarda erməni lobbisinin təsiri ilə Azərbaycan əaleyhinə əsassız qətnamələr qəbul edilir".

Deputat qeyd edib ki, bundan əlavə, Cənubi Qafqaz regionunda nüfuzunu artırmağa çalışan müxtəlif qüvvələr mövcuddur:

"Bunun başlıca səbəbi Cənubi Qafqazın inkişafıdır. Həmin qüvvələr bu coğrafi məkana təsir imlanlarını gücləndirməyə çalışırlar. Azərbaycan özünə inamı böyük olan, xarici təzyiqlərdən çəkinməyən ölkə olaraq bu prosesdə önəmli tərəfdaş kimi görünür. Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi hər kəsə bəllidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Deputat   Azərbaycan   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin