Paşinyanın müavini ABŞ nümayəndə heyəti ilə TRIPP layihəsinin icrasını müzakirə edib

2026/05/1778585708.jpg
Oxunub: 371     15:19     12 May 2026    
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlərin gedişini müzakirə etmək üçün Ermənistana gələn ABŞ nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibinə ABŞ Dövlət Departamentinin, eləcə də İnkişaf Maliyyə Korporasiyasının nümayəndələri daxil olub.

“Tərəflər “TRIPP layihəsinin icrası ilə bağlı əməliyyat və hüquqi xarakterli bir sıra məsələləri müzakirə edib və razılaşdırıblar. Mher Qriqoryan həmçinin “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsündən danışaraq regionda bütün kommunikasiyaların blokdan çıxarılmasının zəruriliyini, potensialını və perspektivlərini vurğulayıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin