“Türkiyə Ermənistana mal ixracı ilə bağlı tələbləri dəyişəcək” - Paşinyan

2026/05/1778502443.jpg
Oxunub: 407     15:11     12 May 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Ermənistana mal ixracının rəsmiləşdirilməsi qaydalarını dəyişəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Paşinyanın sözlərinə görə, əvvəllər Türkiyə malları birbaşa Ermənistana çatdırılmaq üçün rəsmi qaydada rəsmiləşdirilə bilmirdi, bu səbəbdən mallar əvvəlcə üçüncü ölkələrə göndərilir, daha sonra isə Ermənistana gətirilirdi.

“Ermənistanda Türkiyə istehsalı olan çoxlu mal var və bu, əlavə bir proses idi: onları başqa ölkəyə aparır, orada emal edir, sonra isə Ermənistana çatdırırdılar”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, indi isə Türkiyə sənədlərdə Ermənistanın birbaşa çatdırılma ölkəsi kimi göstərilməsinə icazə verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin