Tofiq Musayev Trinidad və Tobaqonun BMT-dəki daimi nümayəndəsi ilə görüşüb

2026/05/1778517123.jpg
Oxunub: 378     20:00     11 May 2026    
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev Trinidad və Tobaqonun təşkilatdakı daimi nümayəndəsi Neil Parsanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Ölkələrimiz və nümayəndəliklərimiz arasındakı səmərəli əməkdaşlığı məmnunluqla qeyd etdik və BMT gündəliyindəki qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Trinidad   Tobaqo  


Bizi "telegram"da izləyin